686
Bu gün 10 iyun — 11:26

Sitalçay hərbi aerodromu yenidən qurulur

Uzun müddət istifadəsiz qaldığına görə avadanlıqları ilə yanaşı uçuş-enmə zolağı da demək olar ki, tam yararsız hala düşmüş Sitalçay hərbi aerodromu yenidən qurulur və modernləşdirilir. Yenidənqurma işləri Türkiyə tərəfinin təşəbbüsü və iştirakı ilə həyata keçirilir.

Bu məlumat virtualaz.org-a hərbi qaynaqlardan daxil olub. Məlumatda deyilir ki, Türkiyənin “Koza Savunma və İnşaat” şirkətinin mütəxəssisləri Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri ilə birgə artıq bu hərbi obyektə baxış keçirib və tərəflər arasında müvafiq razılıq əldə edilib. Anlaşmaya görə, Sitalçay hərbi aerodromu ən müasir tələblərə uyğun şəkildə modernləşdiriləcək və yaxın vaxtlarda istifadəyə veriləcək.

Strateji əhəmiyyət daşıyan hərbi aerodromun uçuş-eniş zolaqlarının, anqarlarının, komanda-idarəetmə məntəqəsinin NATO tələblərinə cavab verən ən son texnologiya ilə təmin ediləcəyi nəzərdə tutulur. Uçuş idarəetmə sistemini hazırlamaq vəzifəsini isə Türkiyənin məşhur “HAVELSAN” şirkəti öz üzərinə götürüb. 

COŞĞUN

virtualaz.org

Xəbərlər