4765
Bu gün 23 iyun — 00:28

Gürcüstan azərbaycanlıları İlham Əliyevə təklif verdilər

Gürcüstan azərbaycanlıları miqrasiya məsələləri ilə bağlı problemlərlə əlaqədar dövlət başçısına müraciət ünvanlayıblar. Müraciətdə deyilir:

“Biz-Gürcüstan kökənli ziyalıların bir kəsimi Gürcüstanlı soydaşlarımızın milli taleyinin və milli kimlik şüurunun bu günü və perspektivi üçün zəruri hesab etdiyimiz problemlərin həlli ümidi ilə Sizə müraciət edir, sözügedən soydaşlarımızın qeyri-milli mühitdə assimilyasiya riskinin dəf edilməsi üçün onların Azərbaycana mədəni-mənəvi identifikasiyasının daim saxlanması, habelə onların Azərbaycanla sosial-iqtisadi əlaqələrinin daha perspektivli hüquqi əsaslar üzərində qurulması naminə 13 iyun 2013-cü il tarixində Milli Məclisdə qəbul edilən “Miqrasiya Məcəlləsi”nin təsdiq olunması və miqrasiya rejiminin tətbiqi zamanı aşağıdakı təkliflərimizin nəzərə alınmasını Sizdən xahiş edirik. 

1.Gürcüstanlı azərbaycanlıların çoxəsrlik milli özünüdərkinin və milli kimlik şüurunun onların etnik mənsubluğunun müqəddəs ünvanı olan “azərbaycanlı” sözündə ehtiva olunduğunu və bu səbəbdən “əcnəbi” istilahının onlarda doğurduğu kəskin mənəvi-psixoloji aktı nəzərə alaraq,“ miqrant” anlayışının hüquqi kontekstdə təsnifatında soydaşlarımızın fərqli hüquqi istilahla ifadə olunmasını məqbul hesab edirik. 

2.Azyaşlı uşaqların və yetkinlik yaşına çatmayanların fiziki əməyə cəlb olunmasını yasaqlayan milli qanunvericiliyi, eyni zamanda Azərbaycan Respublikasının əmək bazarının mövcud reallıqlarını (yuxarı yaşlı insanların iş yeri tapmasının çətinliklərini, hətta çox zaman mümkünsüzlüyünü) nəzərə alaraq, miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan inzibati cərimənin yalnız 18-55 yaş intervalında olan insanlara şamil edilməsini təklif edirik. 

3.Gürcüstanlı soydaşlarımızın əsas əmək bazarlarından birinin Rusiya Federasiyası

olduğunu, lakin Gürcüstanda 2008-ci ilin avqust ayında baş verən məlum hadisələrdən sonra bu bazarın soydaşlarımızın da üzünə bağlanması səbəbindən onların daha çox Azərbaycanın əmək bazarına üz tutmaq məcburiyyətində qaldıqlarını nəzərə alaraq, Gürcüstanlı azərbaycanlıların əməkçi miqrant statusu alma prosedurunun sadələşdirilməsini təklif edir və bunu çağdaş sosial-iqtisadi reallıq fonunda onların sosial müdafiəsinə yönəlmiş humanist addım hesab edirik. 

4.Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərini, xüsusilə Azərbaycan Respublikasında müvəqqəti olma, həmçinin müvəqqəti yaşama müddətini pozduğuna görə soydaşlarımıza tətbiq olunan inzibati cərimənin məbləğinin, Azərbaycanın əmək bazarındakı mövcud vəziyyət nəzərə alınaraq, minimal əmək haqqının yarı misli həcmində müəyyənləşdirilməsini məqsədəuyğun hesab edirik. 

Biz bir daha inanırıq ki, xalqımızın dədə-baba torpaqlarının bir parçası olan Borçalının, habelə bu coğrafi məkandan kənarda yaşayan soydaşlarımızın problemləri daim Azərbaycan dövlətinin prioritet məsələləri sırasında dayandığından təkliflərimizə əməli aspektdən yanaşılacaqdır. 

Dərin ehtiram və sayğı ilə: 

1.Maqsud Əliyev- akademik; 

2.Ramiz Məmmədov- AMEA-nın müxbir üzvi; 

3.Eyvaz Borçalı- Əməkdar incəsənət xadimi, şair, tərcüməçi;                           

4.Zəlimxan Yaqub-Xalq şairi; 

5.Arif Əmrahoğlu- AYB-nin katibi; 

6.Hidayət Nuriyev- professor; 

7.Xaləddin İbrahimli- professor; 

8.Abdulla Mehrabov- professor; 

9.Kərəm Məmmədov- tarix elmləri üzrə fəlsəfə doktoru; 

10.Aslan İsmayılov- hüquqşünas; 

11.Nəsib Nəsibli- professor; 

12.Akif Bayramov- professor; 

13.Fərman Ceyranlı-professor; 

14.Tahir Pənahov- professor; 

15.Niyaz Mursaqulov- professor; 

16.Kərim Məmmədov- professor; 

17.Ramiz Məmmədov- hüquqşünas; 

18.Tofiq Mirzəyev - Azərbaycan Respublikasının Ağsaqqallar Şurası; 

19.Asif Ozan- Tədqiqatçı alim; 

20.Akif Qurbanov- Az.Resp.MSK-nın üzvü. 

21.Vəli İsmayılov-professor; 

22.Əlövsət Osmanlı-riyaziyyat üzrə fəlsəfə doktoru; 

23.Hidayət Hüseynov-professor; 

24.Həsən Xocayev-professor; 

25.Hacan Hacıyev-sabiq səfir; 

26.İbrahim Nəbiyev-professor; 

27.Bədirxan Əhmədov-professor; 

28.Mehman Mehmanov-AR Sahibkarlıq Konfederasiyası Baş Katibinin müavini; 

29.Əli Xəlilli-Gürcüstan-Azərbaycan Əlaqələr Cəmiyyətinin sədri; 

30.Məhəbbət Qarabağlı-Mingəçevir şəhərinin sabiq icra başçısı; 

31.Həsən Vəliyev-professor; 

32.Lətif Talıblı-professor; 

33.Yaqub Əhmədov-professor; 

34.Ələsgər Gülgəzli-professor; 

35.Fikrət Əhmədov-professor; 

36.Vəli Qurbanov-professor; 

37.Məmməd Bayramoğlu-professor; 

38.Əkbər Əliyev-professor; 

39.Əzizxan Tanrıverdiyev-professor; 

40.Kamran Ramazanlı-Qafqaz Araşdırmaları Mərkəzinin icraçı direktoru. 

41.Şəmistan Həsənli- professor; 

Mətn adları siyahıda qeyd olunan ziyalılarla razılaşdırılıb.

Xəbərlər